NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi keçirilir

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi keçirilir.

 

MN-dən APA-ya verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

 

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən aparılır.

 

Təlimdə, həmçinin müşahidəçi və qiymətləndirici qismində Böyük Britaniya, Fransa, Avstriya və Almaniyanın hərbi qulluqçuları iştirak edirlər.

 

Silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarının hərbçilər arasında yayılmasına və tətbiqinə dəstək olmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi də təlimə cəlb olunub.

 

Təlim mayın 25-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
08:24 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir
    Əli Əhmədov: "Azərbaycanda tələbələrin sayı dünya göstəricis...
  • eli ehmedov tehsil islahatlari derinlesmekde davam edir
    Əli Əhmədov: “Təhsil islahatları dərinləşməkdə davam edir”...
eli ehmedov tehsil islahatlari derinlesmekde davam edir eli ehmedov tehsil islahatlari derinlesmekde davam edir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267