Daxili Qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb

Martın 18-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 25-ci ildönümü münasibətilə Azərbaycan prezidentinin sərəncamı və daxili işlər nazirinin əmri ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, həmçinin xidmətdə xüsusilə fərqləndiklərinə, yüksək peşə hazırlığı, nümunəvi hərbi intizam nümayiş etdirdiklərinə görə bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

 

Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili Qoşunların Baş İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin Məmmədov mükafatları şəhid ailələrinin üzvlərinə və hərbi qulluqçulara təqdim edib.

 

Ş.Məmmədov bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, dövlət və dövlətçiliyimizin qorunması naminə verilən bütün əmr və göstərişləri tam keyfiyyətlə yerinə yetirəcək.
 

Qeyd edək ki, hərbi qulluqçulardan 2 nəfər “Vətən uğrunda” (1 nəfər ölümündən sonra), 2 nəfər "İgidliyə görə" (ölümündən sonra), 16 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ