Ehtiyatda olan polkovnik: “Rəsmi Yerevanın “OSA”-nın vurulmasına dair açıqlaması gülüncdür”

ehtiyatda olan polkovnik resmi yerevanin osa nin vurulmasina dair aciqlamasi guluncdur

“Yerevanın yaydığı açıqlamaya ancaq sadəlövh Ermənistan cəmiyyətinin inandırılması mümkündür”.

 

Bunu APA-ya ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan silahlı qüvvələrinə məxsus “OSA” zenit-raket kompleksi nəqliyyat-doldurucu maşını, 5 nəfərdən ibarət ekipajın məhv edilməsi ilə bağlı xəbərə Ermənistan tərəfinin reaksiyasını şərh edərkən deyib.

 

O bildirib ki, dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə növbəti təxribata əl atması barədə məlumat yayıb.

 

“Məlumatda deyilirdi ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq, hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

 

Yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə düşmənin zenit-raket kompleksi, nəqliyyat-doldurucu maşını sərrast atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

 

Ermənistan tərəfi isə gözlənildiyi kimi, buna yaxın vaxtda reaksiya verərək guya texnikanın qismən xəsarət aldığı və şəxsi heyət sarıdan itki verməməsi barədə mətbuata açıqlamalar sırımağa başladı. Bu təbii idi və gözlənilən bir addım oldu. Düşməndən nəsə başqa bir söz gözləmək də düzgün olmazdı” – deyə, polkovnik əlavə edib.

 

Ş. Ramaldanovun fikrincə, xəbəri yayan tərəfin Ermənistan olması əvvəlcədən bunun yalan, iftira olmasına və təşviş içində olan daxili auditoriyanı sakitləşdirmək məqsədilə tirajlanan blef olduğuna dəlalət edir: “Birincisi, ona görə ki, Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı videoya hətta qeyri-peşəkar gözlə nəzər saldıqda zenit-raket kompleksi işlək vəziyyətdə olduğu və vurulan zərbədən texnikanın yüngül xəsarət alması və 5 nəfərdən ibarət ekipajın sağ qalmasının qeyri-mümkün olduğu açıq-aydın görünür.

 

İkincisi, zərbədən bir neçə saniyə sonra zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşının arsenalında olan mərmilərin detonasiya nəticəsində güclü partlayışa səbəb olması, yaranan yanğından tüstünün uzun müddət göyə ucalması da kadrlarda əks olunub. Hətta əraziyə yaxın yerlər­dən də müşahidə edildiyi görünür.

 

Bu iki amil həm endirilən güclü zərbə, həm də güclü partlayış hərbi texnikanın və ekipajin tamamilə məhv edilərək sıradan çıxarıldığını sübut edir”.

 

 

Ş. Ramaldanov deyib ki, Yerevan rəsmilərinin texnikanın yüngül xəsarət alması və şəxsi heyətin zərər görməməsi barədə yaydıqları xəbərlər gülüncdür, buna ancaq sadəlövh Ermənistan cəmiyyətinin inandırılması mümkündür. Daha doğrusu Ermənistan Müdafiə Nazirliyi buna nail olmağa çalışır:

 

“Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən “OSA” zenit-raket kompleksi vasitəsilə buraxılan, heç bir zərər vurmadan boş əraziyə düşən mərminin qalıqları da Müdafiə Nazirliyi tərəfindən KİV-ə təqdim edilmişdi.

 

Ermənistan tərəfi bu addıma qarşı tədbirlər görəcəyi barədə boş-boş hədələr səsləndirməkdə də davam edir. Əminəm ki, düşmənin istənilən addımının qarşısını almağa, layiq olduğu cavabı verməyə və ona sarsıdıcı zərbələr endirməyə Azərbaycan ordusu qadirdir və bunu hər zaman edəcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyadan turkiyeye ucan teyyare sernisinler dalasmasi sebebinden tecili enis edib
    Rusiyadan Türkiyəyə uçan təyyarə sərnişinlər dalaşması səbəb...
  • iran turkmenistani mehkeme ile hedeleyib
    İran Türkmənistanı məhkəmə ilə hədələyib
iran turkmenistani mehkeme ile hedeleyib iran turkmenistani mehkeme ile hedeleyib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ