Müdafiə naziri Bolqarıstanın yeni səfiri ilə görüşüb

mudafie naziri bolqaristanin yeni sefiri ile gorusub

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bolqarıstan Respublikasının yeni təyin olunan səfiri Nikolay Yankov ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfiri təyinatı ilə əlaqədar təbrik edən nazir Azərbaycan və Bolqarıstan arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunub və bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
 

Diplomat da öz növbəsində Azərbaycanda səfir təyin edilməsindən məmnun olduğunu söyləyib, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib. N. Yankov qeyd edib ki, Bolqarıstan Azərbaycanı dost ölkə hesab edir, onun ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Səfir bəyan edib ki, Bolqarıstan NATO-nun üzvü olaraq Azərbaycan Ordusu ilə hərbi sahədə təcrübəsini bölüşməyə hazırdır.
 

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi təhsil sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, həmçinin regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ucmertebeli magaza yanib yenilenib
    Sumqayıtda üçmərtəbəli mağaza yanıb - YENİLƏNİB
  • sehid esger qebelede defn edilib
    Şəhid əsgər Qəbələdə dəfn edilib
sehid esger qebelede defn edilib sehid esger qebelede defn edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267