Ötən ay 129 partlamamış hərbi sursat və 1 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib

Bu ilin may ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 4 820 062 m² (482.01 ha) ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina                      (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 528 810 261 m² (52 881.03 ha) ərazi təmizlənmiş, 796 884 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

 

May ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən - 14 (on dörd) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 11 (on bir) müraciət daxil olub. Müraciətlər əsasında 10 450 m²  ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

 

2018-ci ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • iki ecnebinin saxta senedlerle serhedden kecmesinin qarsisi alinib
    İki əcnəbinin saxta sənədlərlə sərhəddən keçməsinin qarşısı ...
  • bakida ev yanib 2 nefer xilas edilib
    Bakıda ev yanıb, 2 nəfər xilas edilib
bakida ev yanib 2 nefer xilas edilib bakida ev yanib 2 nefer xilas edilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267