“Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində keçiriləcək Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

 

MN-dən APA-ya verilən məlumata görə, mayın 10-da Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən bayraq təhvil verildikdən sonra bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

 

Mayın 13-də “Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273