Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

azerbaycan gimnasti dunya kubokunda burunc medal qazanib

Bakı-APA. Bakıda keçirilən Bədii gimnastika üzrə Dünya Kuboku yarışında topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb.

 

APA-nın məlumatına görə, rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin 18.500 xalla bürünc medal qazanıblar.

 

Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub. Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar. Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub. Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • idea nin eko skaut layihesi ugurla davam edir fotosessiya
    IDEA-nın “Eko-skaut” layihəsi uğurla davam edir - FOTOSESSİY...
  • lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib
    Lerikdə broyler fabrikində partlayış nəticəsində iki nəfər y...
lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib lerikde broyler fabrikinde partlayis neticesinde iki nefer yaralanib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ