Azərbaycan prezidenti: “Gənc nəslin idmana həvəsi gündən-günə artır”

Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabeni və Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxleri qəbul ediblər.

 

APA-nın məlumatına görə, dövlət başçısı Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının çox uğurla keçirildiyini vurğulayıb və qeyd edib ki, bundan əvvəl də Azərbaycanda gimnastika üzrə dünya və Avropa çempionatları və digər mötəbər tədbirlər yüksək səviyyədə təşkil olunub.

 

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının uğurla keçirilməsi və ümumilikdə idmanın gimnastika növünə verilən dəstəyə görə prezident İlham Əliyevə və birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib. Eyni zamanda, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması ilə bağlı təbriklərini çatdırıb. Morinari Vatanabe 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Azərbaycan gimnastlarının uğur qazanacağına ümidvar olduğunu bildirib.

 

Dövlət başçısı bu mühüm idman tədbirinin Tokioda keçirilməsi ilə bağlı təbriklərini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafına böyük diqqət göstərildiyini və gənc nəslin idmana olan həvəsinin gündən-günə artdığını vurğulayıb.

 

Beynəlxalq Gimnastika Federasiyasının baş katibi Andre Qaysbuxler qeyd edib ki, Azərbaycan idman sahəsində, ümumilikdə ölkənin inkişafında inanılmaz uğurlar qazanıb. O bildirib ki, son illər Azərbaycandakı böyük inkişaf prosesləri dərin təəssürat yaradır.

 

Prezident İlham Əliyev paytaxtımızda və digər regionlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirib, ən müasir idman strukturunun, o cümlədən gözəl gimnastika idman sarayının inşa edildiyini məmnunluqla vurğulayıb.

 

Qonaqlar Azərbaycanda gimnastika sahəsində görülən işləri dünyada idmanın gimnastika növünün inkişafına böyük töhfə kimi dəyərləndiriblər.

 

Birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkəmizdə Gimnastika Federasiyasına rəhbərlik etməsindən və xüsusilə bu sahədə əldə olunan uğurlardan qürur hissi keçirdiyini bildirib və qeyd edib ki, Azərbaycanda gimnastikanın inkişafının əsası qoyulan vaxt bu idman növü bir o qədər də populyar deyildi. İndi isə gimnastikaya böyük maraq göstərilir, xüsusilə xeyli sayda gənc qızlar bu idman növü ilə məşğul olmaq və yarışlarda iştirak etmək arzusundadırlar: “Bu, çox böyük nailiyyətdir və biz bununla fəxr edirik”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mancesterde toredilen terror akti neticesinde 19 nefer olub yenilenib 2
    Mançesterdə törədilən terror aktı nəticəsində 19 nəfər ölüb ...
  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
islamiadanin baglanis merasiminden goruntuler fotosessiya islamiadanin baglanis merasiminden goruntuler fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ