Azərbaycanda atçılıq yarışı təşkil edən operatorlar Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək

azerbaycanda atciliq yarisi teskil eden operatorlar maliyye bazarlarina nezaret palatasina haqq odeyecek

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaların”da dəyişiklik edib.

 

APA-nın məlumatına görə, Cıdır-şans (totalizator) oyunları – mülkiyyət formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün atçılıq yarışı meydanlarında bu Qaydalara uyğun olaraq, atların rəsmi sınağı ilə birgə keçirilən idman mərc oyunlarıdır.

 

Bu oyunlar atçılıq idman növünün inkişaf etdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, atçılıq yarışı meydanlarının maddi-texniki bazasının  möhkəmləndirilməsinə və sahənin gəlirlə işləməsinə xidmət edən mərc sistemidir.

Cıdır-şans (totalizator) oyunları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (bundan sonra – operator) vasitəsilə həyata keçirilir.

 

Dəyişikliyə əsasən bundan sonra operator idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına  həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qalibiyyet sahidler ve sehidler kitabinin ilk cildinin teqdimati kecirilib
    "Qalibiyyət - şahidlər və şəhidlər" kitabının ilk cildinin t...
  • unec de novbeti aciq qapi gunu kecirilib
    UNEC-də növbəti "Açıq qapı" günü keçirilib
unec de novbeti aciq qapi gunu kecirilib unec de novbeti aciq qapi gunu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ