Azərbaycanın ağırlıqqaldıranında dopinq aşkarlanıb

azerbaycanin agirliqqaldiraninda dopinq askarlanib

Bakı-APA. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası daha bir turnirdə dopinq testdən keçə bilməyən idmançıların siyahısını açıqlayıb.

 

Apasport.az-ın qurumun saytına istinadən məlumatına görə, 2008-cil Pekin Olimpiadasında çıxış etmiş atletlərdən götürülən analizlərin yenidən müayinəsi zamanı qadağan olunmuş preparatlardan istifadə etdiyi müəyyənləşən idmançıların siyahısında Azərbaycan təmsilçisi İntiqam Zairovun da adı var.

 

Həmin turnirdə 85 kq çəki dərəcəsində çıxış etmiş Zairov ümumilikdə 361 kq çəkini ram edərək 9-cu olmuşdu.

 

Təmsilçimizdən başqa siyahıda Pekin-2008-in daha 6 iştirakçısının – Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) də adı var.

 

Qeyd edək ki, daha əvvəl ötən ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında İntiqam Zairovun da arasında olduğu dopinq testdən keçə bilməyən millimizin 5 üzvü 2023-cü ilə kimi cəzalandırılmışdı.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ