Bakıda atçılığın polo növü üzrə Dünya Kuboku keçiriləcək

bakida atciligin polo novu uzre dunya kuboku kecirilecek

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində sonuncu yarışa - polo üzrə Dünya Kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq turnir 3 gün davam edəcək.

 

Bakıda, Binə Atçılıq Mərkəzində keçiriləcək yarış “Elite Horse & Polo Club” (“PaşaBank”) və “İndian Polo & Riding Club New Delhi” (Bot) görüşü ilə başlayacaq. Günün ikinci oyunu isə “Polo Club Wicklow” (Palladium) və “Rhein Polo Club Düsseldorf” (Altun 97) arasında olacaq.

 

Sabah ilk oyunda “Rhein Polo Club Düsseldorf” (Altun 97) və “İndian Polo & Riding Club New Delhi” (Bot) mübarizə aparacaq. İkinci qarşılaşma isə “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (Palladium) arasında baş tutacaq.

 

Festivalın və VI dəfə keçiriləcək Dünya Kubokunun sonuncu günü – iyunun 17-də mükafatçıların adlarına aydınlıq gələcək. Öncə 3-cü yerin sahibi bilinəcək. Ardınca isə final görüşü olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268