Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub

bakida bedii gimnastika uzre dunya kuboku turnirine yekun vurulub

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub.

 

APA-nın məlumatına görə, Dünya Kuboku yarışlarının mükafatçıları sırasında 8 ölkə yer alıb.

 

Turnirdə ən çox medal qazanan ölkə Rusiya olub. Şimal qonşularımız qrup yarışlarında təmsil olunmamasına baxmayaraq, 4-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla turniri 6 medalla başa vurublar. Bolqarıstan ikisi qızıl, üçü gümüş olmaqla 5, Ukrayna biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla 4, İtaliya 1-i qızıl, 1-i gümüş olmaqla 2, Yaponiya biri gümüş, ikisi bürünc olmaqla 3, Belarus biri gümüş, biri bürünc olmaqla 2, Azərbaycan və ABŞ isə hərəyə bir bürünc medal qazanıb.

 

Xatırladaq ki, bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında 26 ölkədən 127 gimnast mübarizəyə qoşulmuşdu. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edib.

 

Turnirdə Azərbaycan 7 gimnastla mübarizə aparıb. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siyana Vasilevadan ibarət yığmamız qrup komandaları arasında, Zöhrə Ağamirova və Veronika Hudis isə fərdi yarışlarda öz məharətini göstərib.

Azərbaycan komandası bürünc medalı 5 halqa ilə mübarizədə qazanıb. Final mərhələsində yarışan millimiz 17,600 xal toplayaraq səkkiz ölkə arasında üçüncü olub.

 

Qeyd edək ki, Bakı bu mötəbər yarışa altıncı dəfə ev sahibliyi edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267