Bədii gimnastika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

bedii gimnastika uzre azerbaycan millisinin heyeti aciqlanib

Aprelin 28-də Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı start götürəcək. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir.

 

Bu idmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

 

Milli Gimnastika Arenasına baş tutacaq Dünya Kubokuna qatılacaq millimizin heyəti də məlumdu. Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının çoxnövçülük üzrə finalçısı, ilk Avropa Oyunlarının gümüş, qitə çempionatının  bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında qitə birinciliyinin gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatında qrup hərəkətləri komandasının tərkibində ikinci yeri tutan Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

 

Yarışların ilk 2 günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

 

3 gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Yarışlarda 2 qat dünya və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), qitə birinciliyinin üçüncüsü Nikol  Zelikman (İsrail), həmçinin qrup hərəkətlərində Olimpiya Oyunlarının qalibi Rusiya, ikincisi İspaniya, üçüncüsü Bolqarıstan da iştirak edəcəklər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn yevlaxda xestexanada bas veren yangin sondurulub yenilenib 2
    FHN: Yevlaxda xəstəxanada baş verən yanğın söndürülüb - YENİ...
  • sehidin medali ailesine teqdim olunub
    Şəhidin medalı ailəsinə təqdim olunub
sehidin medali ailesine teqdim olunub sehidin medali ailesine teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyul, 2017

USD
1.701
 
EUR
1.9984
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ