Luis Hamilton Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub - YENİLƏNİB

luis hamilton formula 1 azerbaycan qran prisinin qalibi olub yenilenib
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışa baxır

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşib.

 

APA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının pilotu Luis Hamilton  olub.

 

İkinci yerdə Kimi Raykonnen (“Ferrari”), üçüncü yerdə Serxio Peres (“Force India”) qərarlaşıb.

 

***

 

saat 16.11

 

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib. 

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

 

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən açılış mərasimi maraqlı anları ilə yadda qalıb. Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Sonra Azərbaycan Respublikasının dövlət himni ifa edilib. Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra saat 16:10-da 51 dövrədən ibarət Qran-Pri başlayıb.

 

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.

 

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

 

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

 

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib.

 

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272