“Formula-1”: Bakıda ən sürətli Niko Rosberq olub

formula 1 bakida en suretli niko rosberq olub

Bakı-APA. Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.

 

Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.

 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib. İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.

 

***

 

17.00

 

Bakı-APA.“Formula-1” üzrə Avropa Qran-prisinin rəsmi açılış mərasimi başa çatıb.

 

APA-nın məlumatına görə, saat 17:00-da “Formula-1” üzrə Avropa Qran-prisi başlayıb

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar. Yarışda birincilik uğrunda 22 pilot mübarizə aparır.  İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq dayanıb.  Odan sonar isə "Force İndia"dan Serxio Peres və "Red Bull Racing"dən Daniel Rikkardo yer alıb.

 

Ümumi sıralamanı təqdim edirik:

 

1. 6 Niko Rosberq - "Mercedes"

2. 11 Serxio Peres - "Force İndia"

3. 3 Daniel Rikkardo - "Red Bull Racing"

4. 5 Sebastian Fettel - "Ferrari"

5. 7 Kimi Raykonnen - "Ferrari"

6. 19 Felipe Massa - "Uilyams"

7. 26 Daniil Kvyat - "Red Bull Racing"

8. 77 Valtteri Bottas - "Uilyams"

9. 33 Maks Ferstappen - "Toro Rosso"

10. 44 Lüis Hamilton - "Mercedes"

11. 8 Roman Qrojan - "Haas"

12. 27 Niko Hülkenberq - "Force İndia"

13. 55 Karlos Saynts - "Toro Rosso"

14. 14 Fernando Alonso - "McLaren"

15. 21 Estabean Qutyerres - "Haas"

16. 12 Felipe Nasr - "Sauber"

17. 88 Rio Haryanto - "Manor"

18. 94 Paskal Verlyayn - "Manor"

19. 22 Censon Batton - "McLaren"

20. 9 Markus Erikson - "Sauber"

21. 20 Kevin Maqnussen - "Renualt"

22. 30 Kolion Palmer - "Renault"

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • almaniyanin futbol uzre milli komandasi bakiya gelib
    Almaniyanın futbol üzrə milli komandası Bakıya gəlib
  • azerbaycan tebii qaz ixracini 27 artirib
    Azərbaycan təbii qaz ixracını 27% artırıb
azerbaycan tebii qaz ixracini 27 artirib azerbaycan tebii qaz ixracini 27 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ