Gimnastlarımız Dünya Kubokunda bir dəst medal qazanıblar

gimnastlarimiz dunya kubokunda bir dest medal qazaniblar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, qrup hərəkətləri komandamız 3 dəfə fəxri kürsüyə yüksəlib.

 

Bütün mümkün finallarda medal qazanan qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.

 

Turnirin son günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdikləri kompozisiya gümüş medalla mükafatlandırılıb.

 

Növbəti  - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız Dünya Kubokunun qızıl medalına yiyələnməklə, Azərbaycan himnini Portimao arenasında səsləndiriblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273