“Mübarizlər” yarışı başa çatıb, qaliblər müəyyən olub

Bakıda keçirilən “Mübarizlər” yarışı başa çatıb.

 

APA-nın xəbərinə görə, yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimində qaliblər elan olunub.

 

Nəticələrə əsasən, kişilərin fərdi yarışında ilk yeri Sergey Silin, ikinci yeri İvan Degtaryov, üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov tutub.

 

Qadınların fərdi yarışında birinci yerin sahibi Anna İvanova olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Anastasiya Mixina və Natalya Molodsova qərarlaşıblar.

 

Komandaların yarışında birinci yeri “TT Fayt” komandası, ikinci yeri Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” komandası, üçüncü yeri “Tağım 4” komandası tutub.

 

Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanıblar.

 

Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

 

Qeyd edək ki, bu gün Bakıda, Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə ikinci dəfə maneəli ekstremal “Mübarizlər” yarışına start verilib.

 

Yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib.

 

“Mübarizlər” layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir.

  

Ötən ilin yarışmasından fərqli olaraq, bu mövsümdə “Mübarizlər” hər iki formatda iştirak edənlər üçün pul mükafatı müəyyənləşdirib.

Ümumi mükafat fondu 15 000 AZN təşkil edir.

  

Layihənin məlumat dəstəyi APA-ya məxsusdur.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:11 23 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn iscilerinin hemkarlar ittifaqi heyder eliyevin 95 illiyi ile bagli naxcivana sefer teskil edib
    FHN işçilərinin Həmkarlar İttifaqı Heydər Əliyevin 95 illiyi...
  • bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib
    "Bank Respublika" iqtisadçı jurnalistlər üçün press-tur təşk...
bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib bank respublika iqtisadci jurnalistler ucun press tur teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2018

USD
1.7
 
EUR
1.9947
 
RR
0.0268