Qəbələ beynəlxalq Qran-prisində Azərbaycan idmançıları 5 medal qazanıb

Qəbələ rayonun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarının səngər stend üzrə qalibləri məlum olub.


APA-nın yerli bürosunun xəbərinə görə, mayın 10-da qadın, kişilər və gənclər arasında səngər stend yarışlarının final mərhələsi keçirilib. Kişilərin yarışında tanınmış stend atıcısı, rusiyalı olimpiya çempionu Aleksey Alipov 47 xalla qızıl, Azərbaycan idmançısı Tamerlan Məmmədov 46 xalla gümüş, Rusiya atıcısı Aleksey Quliayev 36 xalla bürünc medal qazanıb. Bu yarışda Əli Hüseynli 5-ci yeri tutub.


Qadınların yarışında isə rusiyalı Nataliya Zvaqinseva birinci, Azərbaycan atıcısı Aydan Camalova ikinci, Ukrayna atıcısı Alyona Axotska üçüncü yeri tutub. Gənclərin final yarışında Azərbaycan idmaçıları digər ölkələrdən olan rəqiblərini önə keçməyə bacarıblar. Belə ki, Sabir Mehdizadə birinci, Mirmömin Ağazadə ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.


Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. İdmançılara medalları Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahətdinova təqdim ediblər. Eyni zamanda, mayın 10-da dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olub. Sabah bu növ üzrə yarışlara start veriləcək.

 
Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir. Azərbaycan bu mötəbər yarışda 26 idmançı ilə təmsil olnur. Gənclərdən səngər stend yarışlarında 3, dairəvi stend yarışlarında isə 4 idmançımız iştirak edir. Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272