Ramil Quliyev: “Hədəfim Avropa çempionatının qızıl medalıdır”

ramil quliyev hedefim avropa cempionatinin qizil medalidir

“İştirak edəcəyim bir neçə yarış var. Ardınca Akdəniz Oyunlarına qatılacam. Əsas hədəf Berlində keçiriləcək Avropa çempionatıdır”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

Ötən il 200 m məsafəyə qaçışda dünya çempionu olan idmançı gələcək planlarını açıqlayıb. Brilyant Liqanın son mərhələlərində birinci yeri tutan həmyerlimiz bildirib ki, ən pik formasını Avropa çempionatı ərəfəsində yığacaq: “Çempionluq insanın özünə inamını artırır, özünü yaxşı hiss edirsən. Çox güclü atletlərlə yarışıram. Onları arxada qoyduğun zaman digər rəqiblərinə də mesaj verirsən. Mövsümə yaxşı başlamışam. Avropa çempionatı öncəsi ən yaxşı formamı yığmalıyam”.

 

Quliyev üzərində ciddi təzyiqin olmamasını da qeyd edib. Mundialda Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran atletin sözlərinə görə, bu il əsas istəyi Avropa çempionatında sözünü deməkdi: “Useyn Bolt kimi favorit deyiləm. Avropa çempionatında hər kəs uğur qazanmaq istəyəcək. Hər il yeni idmançılar gəlir. Dünən gənc olan bu gün çox yaxşı qaçır. Buna baxmayaraq, hədəfim Avropa çempionatının qızıl medalıdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267