“Renault Sport Racing”-in direktoru: “Bakıdakı “Formula-1” yolu çox nadirdir”

renault sport racing in direktoru bakidaki formula 1 yolu cox nadirdir

Bakı. Türbət Bağırova-APA. “Bakıda təşkil edilmiş “Formula-1” yolu çox nadirdir, indiyədək belə yola rast gəlməmişik”.

 

APA-nın xəbərinə görə, bunu Fransa səfirliyində təşkil edilmiş qəbulda “Renault Sport Racing”-in direktoru Frederik Vasör jurnalistlərə açıqlamasında deyib.

 

F. Vasör deyib ki, Bakıda ilk dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan “Formula 1” yarışlarına çox yüksək səviyyədə hazırlaşıb: “Surət  də həddindən artıq böyükdür. Nəzərə almaq lazımdır ki, yollarda döngələr var və şəhər içində olduğuna görə burda səhv etmək hüququmuz yoxdur, dəqiq sürməliyik. “Renault” komandası isə yenidən qurulur. Müəyyən ambisiyalarımız var ki, qarşıdan gələn illərdə onun həyata keçirilməsini planlaşdırırıq”.

 

Daha sonra jurnalistlərə açıqlama verən “Renault Sport Racing”-in nümayəndəsi Jan Pol Drio bildirib ki, Bakıda hazırlıqlar yüksək səviyyədədir: “Burda quraşdırılan qurğuların yüksək keyfiyyətə malik olması bizdə müsbət  təəssürat yaratdı. Özümüzü şəhər içində deyil, adi “Formula 1” yarışında iştirak edirmiş kimi hiss edirik”.

 

Qeyd  edək ki, “Renault Sport Racing”-in direktoru Frederik Vasör artıq on ildən çoxdur ki, ən öndə olan komanda direktorlarından biridir. Çoxsaylı uğurlara görə tanınan “ART Grand Prix” komandası ilə Frederik Vasör hazırki “Formula 1” yarışmasının pilotlarının - Levis Hamilton, Valtteri Bottas və Niko Rosberqin hazırlanmasında mühüm rol oynayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ