“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu başa çatıb

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna yekun vurulub.

 

АПА-нын мялуматына эюря, yarışın sonuncu mərhələsinin start və finiş nöqtəsi Azadlıq meydanında olub.

 

Bu dəfə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət ediblər. Вeloturun son mərhələsinin qalibi “İsrael Cycling Academy” komandasının üzvü Krist Neylands olub. O, məsafəni 3 saat, 53 dəqiqə, 56 saniyəyə başa vurmaqla solo-finiş edib. Türkiyənin “Torku Şekerspor” və ABŞ-ın “İlluminate” klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla, 2-3-cü yeri tutublar.

 

Yarışın lider köynəklərinin sahibləri dəyişilməz qalıb. Azərbaycanın Elit yığma komandasının üzvü Kiril Pozdnyakov ümumi təsnifatın qalibi üçün nəzərdə tutulan "Synergy" köynəyini özündə saxlamaqla, “Tour d’Azerbaidjan-2017”nin qalibi olub. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib. Bütün bunların yekunu olaraq, Kiril ən yaxşı azərbaycanlı velosipedçi üçün nəzərdə tutlan xüsusi köynəklə də təltif edilib.

 

Aralıq sprintlərində hamıdan çox xal toplayan “İlluminate” komandasının nümayəndəsi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası 1-ci yeri tutub.

 

Velosipedçiləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov təltif ediblər.

 

Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparıb. “Synergy Baku” bu yarışda Elçin Əsədov, Elgün Əlizadə, Samir Cəbrayılov, Yosip Rumaç, Kiril Pozdnyakov və Ənvər Asanovla təmsil olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev polsa senatinin marsali ile gorusub
    Prezident İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb ...
  • varsavada azerbaycan polsa biznes forumu kecirilib
    Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
varsavada azerbaycan polsa biznes forumu kecirilib varsavada azerbaycan polsa biznes forumu kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ