® Bakıda beynəlxalq boks yarışı keçiriləcək: 4 titul uğrunda döyüşlər baş tutacaq

4 may 2018-ci il tarixində Bakıda ilk dəfə peşəkar boks yarışı təşkil olunacaq. “AS Qrup İnvestment” şirkətlər qrupunun dəstəyi, “BoomBox” şirkətinin təşkilatçılığı ilə Bakı Əl Oyunları Sarayında keçiriləcək boks gecəsində tam 4 titul uğrunda döyüşlər baş tutacaq.

 

Dünyanın 5 ölkəsindən 10-dan çox boksçu arasında döyüşlərdə WBC Youth (Dablyu-Bi-Si Gənclər), IBF International ( Ay-Bi-Ef Beynəlxalq), WBA Continental (Dablyu-Bi-Ei Qitə)  WBA Inter-Continental (Dablyu-Bi-Ei Qitələrarası) kateqoriyaları üzrə çempionlar müəyyənləşəcək.

 

Gecənin əsas döyüşündə azərbaycanlı Ramil Hacıyev WBC Youth versiyası üzrə dünya çempionu kəməri uğurunda rinqə çıxacaq. Əvvəlcə onun rəqibi britaniyalı Tey Linn olaraq təsdiqlənmişdi. Lakin daha sonra əcnəbi boksçu belində olan zədəyə görə döyüşdə iştirak edə bilməyəcəyini bildirdi. Ramilin rəqibi olaraq isə dünya reytinqində Top 100-də olan Mateo Veron seçilib.

 

Həmin gün məşhur rusiyalı qardaşlar Həsən və Hüseyn Baysanqurov qardaşları öz titullu rəqibləri ilə ən məşhur beynəlxalq versiyalar WBA və IBF üzrə 3 titul uğrunda döyüşəcəklər. Həsən WBA Continental versiyası üzrə çempion kəmərini Quido Pitodan almağa çalışacaq. Onun böyük qardaşı Hüseyn isə özünün IBF International versiyası üzrə çempionluq kəmərini və WBA Inter-Continental versiyası üzrə çempionluq kəmərini müdafiə etmək üçün Antonio Villalobosla döyüşəcək.

 

Bu döyüşlərdən əlavə də maraqlı daha 5 qarşılaşma keçiriləcək. Boks turnirlərində rast gəlinən ənənəvi və məşhur şoularla birlikdə proqramın 5 saatadək davam etməsi gözlənilir. Bütünproqram “İdman Azərbaycan” kanalı vasitsilə canlı yayımlanacaq. Həyəcanı daha yaxından hiss etmə və Bakıdakı ilk beynəlxalq boks turnirinin canlı şahidi olmaq istəyənlər isə biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilər.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272