Beşqat dünya çempionumuz: “Onu “sındırmaq” istəyirəm”

besqat dunya cempionumuz onu sindirmaq isteyirem

“Döyüşün Bakıda keçirilməsi təklif olunmuşdu. Lakin ölkəmizdəki prezident seçkiləri və "Formula-1" yarışları səbəbindən alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” İdman Klubunun üzvü, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev deyib.

 

“Kobra” ləqəbi ilə tanınan döyüşçü aprelin 20-də Moskvada keçiriləcək mötəbər “ACB KB 15” turnirində mübarizə aparacaq. O, 77 kq çəki dərəcəsində dünya kəməri uğrunda çeçen əsilli Rusiya idmançısı İslam Baybatırovla gücünü yoxlayacaq. Bakıda keçirilən IV İslam Oyunlarının uşu-sanda üzrə bürünc mükafatçısı bu gün döyüşlə bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, səfərdə döyüşməyi sevir: "Kəmər uğrunda 5-ci qarşılaşmamdı. Bu dəfə 5 raund döyüşəcəm və bu həmişə çətin olur. Tam qüvvəmlə hazırlaşmışam. Qalib gəlmək üçün rəqibdən bir deyil, iki dəfə güclü olmalısan. Döyüş üçün 2 aydan artıqdı hazırlıq keçmişəm. Yoxlama döyüşlərim olub. Bakıda və Qəbələdə təlim-məşq toplanışlarım olub. Hücum döyüşünü sevirəm. Bu dəfə də elə olacaq".

 

Döyüşçümüz rəqibi haqda lazımı məlumatlar topladığını da qeyd edib: "Son 6 qarşılaşmasını nokautla udub. Amma özümə güvənirəm və hücumla onu “sındırmaq” istəyirəm".

 

O, bu döyüşdən sonra yenidən "Qlory"də döyüşəcəyinə inam ifadə edib. Abdullayev məğlub olduğu rəqiblərdən türkiyəli Adəm Bozkurtla yenidən qarşılaşmaq ehtimalının olduğunu da söyləyib.

 

"Qəbələ" İK-nın digər idman növləri üzrə koordinatoru Səbuhi Qarayev Abdullayevin uğurlarından danışıb və klubda bütün növlərə diqqət ayrıldığını vurğulayıb. Abdullayevin meneceri Faiq Abdullayev isə Moskvada Azərbaycan diasporunun Pərvizə dəstək olduğunu deyib.

 

Qeyd edək ki, bu qarşılaşma Abdullayevin peşəkar karyerasındakı 53-cü döyüşü olacaq. O, öncə keçirdiyi döyüşlərdə 22-si nokautla olmaqla, 46 qələbə qazanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272