Almaniyada Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş boks turniri keçirilib

Almaniyanın Vaysvasser şəhərində  ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçirilib.

 

APA-nın xəbərinə görə, turnir Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

 

Turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Çempionata Almaniya və Azərbaycan himlərinin səsləndirilməsi ilə start verilib. Turniri 2000 yaxın tamaşaçının canlı izləyib.

 

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi 2012-ci ildə Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.

 

Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayıb. Ukraynalı boksçu Oleksandr Qaraşenko, Almaniya boksçuları Tino Froehliş və Dominik Kosel, Polşa boksçusu Thomas Andreevski və digər ölkələrdən olan peşəkar boksçular Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparıblar. Turnirin qalibi ağır çəkidə alman boksçu Tino Fröhlich olub. O,  ukraynalı boksçu Oleksandır Hareşenko üzərində qələbə qazanıb.                                                                                                          

 

Orta ağır çəkidə isə almaniyalı boksçu Dominik Kosel ölkəmizi təmsil edən Fərşid Rostami üzərində qələbə qazanıb.

 

Qeyd edək ki, Almaniyada ümummilli lider Heydər Əliyevin adına keçirilən boks turniri artıq 11 ildir keçirilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272