Avropa çempionatına qatılacaq yığmamızın heyəti açıqlanıb

avropa cempionatina qatilacaq yigmamizin heyeti aciqlanib

Bu gün yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçirilib. Apasport.az saytının məlumatına görə, Olimpiya Güləş Mərkəzində baş tutan hazırlığın ardından aprelin 30-da Kaspiyskdə start götürəcək Avropa çempionatında iştirak edəcək yığmamızın heyəti açıqlanıb.

 

Belə ki, komandamız qitənin ən mötəbər turnirində tam heyətlə çıxış edəcək. Baş məşqçi Şaban Donat Avropa çempionatında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Emin Muxtarov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev, (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abasov (87 kq), Orxan Nuriyev (97 kq) və Türmən Eyyubova (130 kq) şans verəcək.

 

Qeyd edək ki, yunan-Roma güləşçilərinin mübarizəsi 3 gün davam edəcək. Ardınca qadın və kişi sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Çempionatda ümumilikdə 35 ölkədən 450 idmançının iştirakı gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267