Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti Qırğızıstana gedir

azad rehimovun rehberliyi ile numayende heyeti qirgizistana gedir

Bakı - APA. Sentyabrın 3-7-də Qırğızıstanın Çolpon-Ata şəhərində “Ümumdünya Köçəri idman oyunları” keçiriləcək.

 

Gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan adından tədbirə qatılacaq.

 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova APA-ya bildirib ki, tədbir çərçivəsində qonaqlar üçün “Kırçın” vadisində “Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstanın ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunacaq.

 

Bununla yanaşı, sentyabrın 5-7-də tədbir iştirakçılarının “WorldNomadFest 2016”  festivalı çərçivəsində etnomoda, etnoxit və etno rəqslər istiqaməti üzrə  çıxışları olacaq.

 

Ümumilikdə “Ümumdünya Köçəri idman oyunları”nda 53 ölkədən 23 idman növü üzrə 2000 idmançının iştirakı nəzərdə tutulub.

 

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3 musiqiçi ilə qatılacaq. İdmançılarımız öz qüvvələrini Milli güləş, Alış güləşi, Aba güləşi, Türkmən güləşi, Qazax güləşi, Qırğız güləşi, Mas-Reslinq, Er-Eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq.

 

Tədbirin açılış mərasimi və yarışlar Çolpon-Ata şəhər hippodromunda keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:04 25 Mart
09:04 25 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida 39 yasli kisi ozunu denize ataraq intihar edib
    Bakıda 39 yaşlı kişi özünü dənizə ataraq intihar edib...
  • canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya
    Canavarlar Zərdabda mal-qaraya hücum edib - FOTOSESSİYA
canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya canavarlar zerdabda mal qaraya hucum edib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 27 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ