Azərbaycan cüdoçuları Avropa çempionatında 2 medal qazanıblar

azerbaycan cudoculari avropa cempionatinda 2 medal qazaniblar

İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə Avropa çempionatı bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan millisinin 5 üzvü mübarizəyə qoşulub.

 

Avropa çempionatı

 

Kişilər

 

90 kq

 

İlk görüşdən azad olan Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda Noel Van T Endlə (Hollandiya) qüvvəsini sınayıb. Qarşılaşma həmyerlimiz üçün məğlubiyyətlə yekunlaşıb.

 

100 kq

 

Yığmamızın lideri Elxan Məmmədovun da ilk görüşü 1/16 finala təsadüf edib. Slovakiyalı Matey Hayasla üz-üzə gələn idmançımız ipponla qalib gəlib. O, ikinci görüşündə Niyaz Bilalovla (Rusiya) güləşib və mərhələ adlaya bilməyib.

 

Zelim Kotsoyevin də 1/8 finala gedən yolda rəqibi slovakiyalı olub. Təmsilçimiz Milan Randlı ipponla mübarizədən kənarlaşdırıb. Kotsoyev növbəti görüşündə Kirill Denisovla (Rusiya) mübarizə aparıb və bu döyüşü də xeyrinə bitirib. İdmançımız 1/4 finalda israilli Peter Paltçiklə qüvvəsini sınayıb. Təəssüf ki, o, bu dəfə qələbə qazana bilməyib.

 

Zelim məğlubiyyətə baxmayaraq, çıxışını davam etdirib. O, təsəlliverici döyüşdə portuqaliyalı Jorj Fonseka ilə qarşılaşıb və qələbə qazanıb. "Bürünc" uğrunda Kotsoyevin rəqibi belaruslu Daniel Mukete olub. Bu rəqibindən də üstün olan idmançımız turniri üçüncü pillədə başa vurub.

 

+100 kq

 

Millimizin ən ağır çəkili cüdoçusu Uşanqi Kokauri 1/16 finalda rusiyalı Tamerlan Basayevlə güləşib. O, startdaca məğlub olaraq, yarışla vidalaşıb.

 

Qadınlar

 

+78 kq

 

Komandamızın Avropa çempionatındakı son qadın cüdoçusu İrina Kindzerska 1/8 finalda rusiyalı Ksenya Çibişovanı sınağa çəkib. Döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. O, ipponla qalib gəlib. Kindzerska 1/4 finalda Yelizaveta Kalanina (Ukrayna) ilə gücünü yoxlayıb və məğlubiyyətə üzülüb.

 

O, bürünc medal uğrunda təsəlliverici görüşdə İvana Maraniçlə qarşılaşmalı olsa da, zədə səbəbindən tatamiya çıxmayıb və yarışla vidalaşıb. 

 

Qeyd edək ki, Avropa çempionatına 16 cüdoçu ilə yollanan millimiz bir “gümüş” və bir “bürünc” medal qazanıb. Ötən gün 73 kq çəkidə yarışan Hidayət Heydərov ikinci olmuşdu.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
14:08 16 İyun
Video
10:10 16 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • haciqabulda yol qezasinda surucu olub 6 yasli ovladi xesaret alib
    Hacıqabulda yol qəzasında sürücü ölüb, 6 yaşlı övladı xəsarə...
  • azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler
    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ...
azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler azerbaycan ve iran korrupsiyaya qarsi mubarizede emekdasliq edecekler +2
MƏZƏNNƏ
FOREX
/ 18 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272