Güləş Federasiyası: “Beynəlxalq Antidopinq Agentliyindən federasiyaya hər hansı rəsmi məlumat daxil olmayıb”

gules federasiyasi beynelxalq antidopinq agentliyinden federasiyaya her hansi resmi melumat daxil olmayib

Bakı – APA. WADA ağırlıqqaldırmanın ardınca güləş idman növü ilə bağlı da sərt cəzalar verməyə başlayıb. Apasport.az saytının məlumatına görə, artıq bu növ üzrə 2 Olimpiya mükafatçısı medalından məhrum edilib.

 

Bunlar Pekin-2008-in çempionu özbəkistanlı Aytur Taymazov və London-2012-nin gümüş mükafatçısı rusiyalı Besik Kuduxovdu. Bu sərbəst güləşçilərin dopinq-testlərinin təkrar yoxlanılması müsbət nəticə verib.

 

Artıq xarici saytlar medalların yeni sahiblərinin də adlarını açıqlayıblar. Rusiyalı Bəxtiyar Əhmədov Pekin-2008-in “qızıl”ına, slovakiyalı Devid Musulbes isə “gümüş”ə yiyələnib. Kubalı Disney Rodriges 5-ci yeri 3-cü pilləyə dəyişib.

 

Finalda azərbaycanlı Toğrul Əsgərova uduzan Kuduxovun gümüş medalı isə Yoqeşvar Datta (Hindistan) nəsib olub. 27 yaşında avtomobil qəzasında dünyasını dəyişən rusiyalı güləşçinin cəzalanması KXDR idmançısı Li Çjon-Menin “bürünc”ə sahib çıxması ilə nəticələnib.

 

“flowrestling.org” saytının iddiasına görə, cəzalar bununla bitməyəcək. Dopinqdə “ilişənlərin” siyahısında Pekin-2008 və London-2012-də medall qazanan Qazaxıstan, Azərbaycan və Ukrayna pəhləvanlarının da olacağı vurğulanır.

 

Azərbaycan Güləş Federasiyasından isə bildirilir ki, güləşçilərimizin medallarının geri alınması ilə bağlı Beynəlxalq Antidopinq Agentliyindən federasiyaya hər hansı rəsmi məlumat daxil olmayıb: “Ona görə də hansısa saytda çıxmış bir xəbərə şərh vermək düzgün olmaz”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ