Azərbaycan güləşçiləri dünya çempionatında 4 medal qazanıblar

azerbaycan gulescileri dunya cempionatinda 4 medal qazaniblar

Bakı-APA. Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatın üçüncü günündə - sentyabrın 23-də yunan-Roma güləşi üzrə idmançılarımız yarışlara qatılıblar.

 

Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilər 59, 66, 71 və 75 kq çəki dərəcələrində yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

 

71 kq-da mübarizə aparan Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq çempionatın qızıl medalına sahib olub. Güləşçimiz finalda Rusiya idmançısı Adam Kurakdan üstün olub.

 

66 kq çəkidə yarışan Kamran Məmmədov da final görüşündə xalça üzərinə çıxıb. Amma o, rusiyalı idmançı Aleksey Kiyankin ilə qarşılaşmada uduzaraq gümüş medalla kifayətlənib.

 

Digər iki güləşçimiz - Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) yığmamıza bürünc medalları qazandırıb. Onlar müvafiq olaraq, Ukrayna nümayəndəsi Yevgeni Myaqki və Almaniya təmsilçisi Yuretsko Adam üzərində inamlı qələbə qazanıblar.

 

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışacaq.

 

Qeyd edək ki, buna qədər sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç - bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ