Azərbaycan güləşçiləri Avropa çempionatında 2 gümüş və 1 bürünc medal qazanıblar - YENİLƏNİB-1

azerbaycan gulescileri avropa cempionatinda 2 gumus ve 1 burunc medal qazaniblar yenilenib 1

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə  Avropa çempionatının yarımfinalında belaruslu Viktor Sasunovskiyə uduzan Rafiq Hüseynov (82 kq) bürünc medal üçün xalçaya çıxıb.

 

Apasport.az saytının məlumatına görə, onun rəqibi Rolan Şvarts (Almaniya) olub. Əzmkar qələbə qazanan Hüseynov Avropa çempionatını üçüncü pillədə başa vurub.

 

Beləliklə, “klassiklər”in son yarış günündə təmsilçilərimizdən ikisi final, digər üçü bürünc medal üçün xalçaya çıxıb. Murad Məmmədov və Rəsul Çunayev finalda uduzaraq gümüş medal qazanıblar. Elman Muxtarov və Orxan Nuriyev təsəlliverici görüşdə uduzduğu halda, Rafiq Hüseynov "bürünc"ə sahib çıxıb.

 

 

***

 

20:44

 

Yığmamızın liderlərindən olan Rəsul Çunayev ilk Avropa çempionluğunu rəsmiləşdirə bilməyib.

 

Apasport.az saytının məlumatına görə, 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu dəfə də eyni aqibətlə barışıb.

 

O, həlledici qarşılaşmada Adam Kuraka (Rusiya) uduzub.

 

***

 

20:12

 

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 

Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə  Murad Məmmədov (60 kq) titul döyüşünə çıxıb.

 

O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gəlib. Görüşün gedişində 5:0 hesabı ilə önə keçən Məmmədov üstünlüyünü qoruya bilməyib və 5:6 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib

 

Yığmamızın liderlərindən olan Rəsul Çunayev (72 kq) ilk Avropa çempionluğunu rəsmiləşdirməyə çalışacaq. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu məğlubiyyəti unutdurmaq arzusundadı. O, həlledici qarşılaşmada Adam Kurakla (Rusiya) mübarizə aparacaq

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267