Azərbaycan Taekvondo Federasiyası dünyanın ən yaxşısı seçilib

azerbaycan taekvondo federasiyasi dunyanin en yaxsisi secilib

Ümumdünya Taekvondo Federasiyası (WTF) 2016-cı ilə yekun vurub.

 

Apasport.az saytının məlumatına görə, WTF bu idman növü üzrə “ən yaxşıların” adlarını açıqlayıb. Bununla bağlı Bakıda keçirilən tədbirdə WTF prezidenti Çunqvon Çu, qitə konfederasiyalarının prezidentləri, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov və digər qonaqlar iştirak ediblər.

 

Çu taekvondo çıxışında dünyanın bir ailə olduğunu vurğulayıb. O, Azad Rəhimovu Radiq İsayevin Olimpiya “qızıl”ını qazanması ilə bağlı münasibəti ilə təbrik edib. Çu Cibutinin qurumun 207-ci üzvü olduğunu da açıqlayıb.

 

WTF rəhbəri Azərbaycan Taekvondo Federasiyasının prezidenti, WTF-in vitse-prezidenti Kamaləddin Heydərova xüsusi mükafat təqdim edib. Heydərov Qran-pri turnirinin final mərhələsinin, Qala gecənin və komandalararası dünya çempionatının Bakıda keçirilməsi üçün Çuya minnətdarlıq edib.

 

Azad Rəhimov isə bildirib ki, belə bir yarışın Azərbaycanda keçirilməsindən qürur duyur.

 

Sonra ilin “ən yaxşıları”nın adları açıqlanıb. Bu siyahıda həm Azərbaycan Taekvondo Federasiyası, həm də kişilərdən ibarət yığmamızın baş məşqçisi Reza Mehmandost dünyanın ən yaxşısı seçilib.

 

Ümumi siyahı belədir:

 

Ən yaxşı kişi idmançı – Əhməd Abuqauş (İordaniya)

Ən yaxşı qadın idmançı – Ceyd Cons (Böyük Britaniya)

Ən yaxşı qadın hakim – Mariya Merkuri (Gürcüstan)

Ən yaxşı kişi hakim – Son Çul Kum (Kanada)

Ən yaxşı milli assosiasiya – Azərbaycan Taekvondo Federasiyası

Ən yaxşı zərbə - Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili)

İlin məşqçisi – Reza Mehmandost (Azərbaycan)

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ