Azərbaycan taekvondo yığması ardıcıl ikinci dəfə dünya çempionu olub

Bakı – APA. Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatı bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi ötən il Meksikada təşkil olunmuş mundialda qazandıqları titulu qoruyub.

 

Belə ki, qrup mərhələsini lider kimi bitirən Reza Mehmandostun rəhbərlik etdiyi komanda finala gedən yolda digər qrupun ikincisi Türkiyə ilə döyüşüb. Qarşılaşma taekvondoçularımız üçün uğurlu alınıb. Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət komandamız "ay-ulduzlular"ı 33:3 hesabı ilə məğlub etməklə, finala yüksəlib. 

 

Onlar həlledici görüşdə Cənubi Koreya ilə üz-üzə gəliblər. Yarımfinalda Belçikanı 43:13 hesabı ilə məğlub edən rəqiblə döyüşün ilk hissəsi heç də asan keçməyib. Ancaq ikinci hissədə təşəbbüs idmançılarımızın tərəfinə keçib. Komandamızın bu üstünlüyü artırmaqla, ardıcıl ikinci dəfə dünya çempionu adını qazanıblar. Taekvondoçularımız asiyalıları 21:5 hesabı ilə məğlub ediblər.

 

Qadın komandaların yarımfinal görüşlərində Çin Türkiyəni (9:6), Cənubi Koreya Rusiyanı (17:10) məğlub edib. Həlledici görüşdə asiyalıların duelindən isə çinlilər qalib ayrılıblar. Cənubi Koreyanı 6:4 hesabı ilə məğlub edən komanda dünya çempionu adına layiq görülüb.

 

Qeyd edək ki, mundial qarışıq cütlərin mübarizəsi ilə yekunlaşacaq. Bakıda ilk dəfə keçiriləcək yarışda Azərbaycan iştirak etməyəcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida torpaq surusmesi yeniden aktivlesib
    Şamaxıda torpaq sürüşməsi yenidən aktivləşib
  • cocuq mercanlida xeyli sayda qelpe askarlanib
    Cocuq Mərcanlıda xeyli sayda qəlpə aşkarlanıb
cocuq mercanlida xeyli sayda qelpe askarlanib cocuq mercanlida xeyli sayda qelpe askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ