Azərbaycan taekvondoçuları Avropa çempionatının ilk 2 günündə 22 medal qazanıblar

azerbaycan taekvondoculari avropa cempionatinin ilk 2 gununde 22 medal qazaniblar

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk 2 günü Azərbaycan idmançıları uğurlu çıxışları ilə yadda qalıblar.

 

Ölkəmizi təmsil edən klubların üzvləri hələlik 22 medal qazanıblar. Belə ki, çempionatda dayanq üzərinə çıxan həmyerlilərimizdən Fərid Sultan (51 kq, Lənkəran TİM), Orxan Tağızadə (+78 kq, “Gilan” TK), Mehriban Məmmədova (46 kq, 2 saylı “Gömrükçü” İK), Aylin Eynullayeva (47 kq), İlahə Guluzadə (59 kq) və Vüsal Balaqadaşov (61 kq, hamısı “Gilan” İK) rəqiblərinə şans vermyərək, qızıl medala sahib olublar.

 

Digər 7 idmançımız - Xanoğlan Kərimov (45 kq, 2 saylı “Gömrükçü” İK, Sumqayıt), Qasım Aslanov (59 kq), Cavad Ağayev (63 kq), Həsən İbrahimov (73 kq), Mivari Qənbərli (42 kq, hamısı “Gilan” TK), Riyad Şirəliyev (37 kq, “Qafqaz” TK) və İlkin Fərzəlizadə (57 kq, “Gilan” İK) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

 

Mübarizəyə qoşulan daha 9 təmsilçimiz, Məhəmməd Əlizadə (48 kq), Ayaz Qənbərli (48 kq), Nərgiz Mirzəyeva (46 kq), Nərmin Süleymanova (52 kq, hamısı “Gilan” TK), Sevda Pirseyidova (44 kq, “Savalan” TK), Elsevər İsmayılzadə (+65 kq), Nihad Əlizadə (33 kq), Ofeliya Allahverdiyeva (41 kq, hər üçü “Gilan” İK) və İlkin Dünyamalıyev (45 kq, 2 saylı “Gömrükçü” İK) yarışı bürünc medalla başa vurub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
  • naxcivanda komanda qerargah telimi kecirilir
    Naxçıvanda komanda-qərargah təlimi keçirilir
naxcivanda komanda qerargah telimi kecirilir naxcivanda komanda qerargah telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ