Azərbaycan taekvondoçuları Türkiyədə daha 3 medal qazanıblar

azerbaycan taekvondoculari turkiyede daha 3 medal qazaniblar

Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü Azərbaycan idmançıları daha 3 medal qazanıblar.

 

Belə ki, “Gilan” Taekvondo Klubunun üzvləri Fizam Mehdiyevlə (58 kq) Ayxan Tağızadə (68 kq) ölkəmizə qızıl medal qazandırıb. Onlar müvafiq olaraq finalda Saqiniş Şimirbay (Qazaxıstan, “Bars”) və Fahd Zaouyaqa (Hollandiya, “Seonqonq”) qalib gəliblər.

 

Meydiyevlə Tağızadəndən fərqli, Mikayıl Əliyev (“Azəri” TK) çempionluğun bir addımlığında büdrəyib. 54 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə seneqallı Mustafa Kamaya (“Friedrixşafe”n) uduzaraq, gümüş medalla kifayətlənib.

 

Bununla da Azərbaycan klublarının qazandıqları medalların sayı 25-ə çatıb. Taekvondoçularımız hələlik 7 qızıl, 8 gümüş və 9 bürünc mükafata yiyələniblər.

 

Yarış bu gün başa çatacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ