Azərbaycan yığmalarının baş məşqçiləri ilə 4 illik yeni müqavilə imzalanacaq

azerbaycan yigmalarinin bas mesqcileri ile 4 illik yeni muqavile imzalanacaq

Bakı – APA. Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan millilərinin baş məşqçiləri ilə müqavilə uzadılacaq. Bunu apasport.az saytına Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov deyib.

 

O bildirib ki, kişilərdən ibarət millimizin baş məşqçi Reza Mehmandost və qadınlardan ibarət yığmamızın çalışdırıcısı Sun Mi Park taekvondoçularımızın inkişafında xüsusi pay sahibi olduqları üçün növbəti 4 il üçün müqavilə bağlanacaq.

 

Onun sözlərinə görə, anlaşmanın müddətinin artırılmasında yığmalarımızın Rio Olimpiadasında 1 qızıl və 2 bürünc medal qazanması da rol oynayıb: “Biz hər 2 mütəxəssislə Rio Olimpiadasının sonuna kimi müqavilə bağlamışdıq. Təbii ki, onların anlaşması ən azı Tokio-2020-nin sonuna kimi uzadılacaq”.

 

Qeyd edək ki, hər 2 mütəxəssis 2014-cü ilin oktyabrında yığmalarımızın “sükanı” arxasına keçib. Onların gəlişindən sonra taekvondoçularımız Avropa Oyunlarında, həmçinin dünya və qitə çempionatlarında uğurları sıralayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ