Azərbaycan yığmasının 4 üzvü karyerasını başa vurur

azerbaycan yigmasinin 4 uzvu karyerasini basa vurur

Bakı – APA. Boks üzrə Azərbaycan yığmasında ciddi dəyişikliklər baş verəcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

 

O bildirib ki, Rio Olimpiadası başa çatdıqdan sonra 4 boksçumuz karyerasını bitirmək haqda qərar veriblər.

 

Bunlar Avropa Oyunlarının qalibi 30 yaşlı Albert Səlimov (60 kq), həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor (64 kq), Bakı-2015-in qızıl medalçısı, 28 yaşlı Abdulqadir Abdullayev (91 kq) və ikiqat dünya çempionu, Avropanın ən güclüsü, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdu (+91 kq).

 

Səfərovun sözlərinə görə, bu boksçuların gedişi komandada hansısa çətinlik yaratmayacaq və onları əvəzləyə biləcək idmançılarımız var. Baş katib, onu da bildirib ki, Abdullayev karyerasını bitirdiyindən, Olimpiya mükafatçımız Teymur Məmmədov yenidən öz doğma çəkisi – 91 kq-a qayıdacaq.

 

Qeyd edək ki, Məmmədov London Olimpiadasından sonra 81 kq çəki dərəcəsində döyüşürdü. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:55 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • belcika sefiri alxanlida bas verenler facie idi
    Belçika səfiri: "Alxanlıda baş verənlər faciə idi"
  • bakida belcikanin musteqillik gunu qeyd olunub
    Bakıda Belçikanın Müstəqillik Günü qeyd olunub
bakida belcikanin musteqillik gunu qeyd olunub bakida belcikanin musteqillik gunu qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2017

USD
1.7017
 
EUR
1.959
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ