Azərbaycanın daha bir güləşçisində dopinq tapılıb

azerbaycanin daha bir gulescisinde dopinq tapilib

Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.

 

Milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

 

Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.

 

Qeyd edək ki, Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda sahmat turniri kecirilib
    Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib...
  • iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib
    İraq may ayında neft ixracının həcmini 0,35% artırıb
iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib iraq may ayinda neft ixracinin hecmini 0 35 artirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ