Azərbaycanın qadın güləşçiləri Avropa çempionatında iki medal qazanıb - YENİLƏNİB

azerbaycanin qadin gulescileri avropa cempionatinda iki medal qazanib yenilenib

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 

Apasport.az saytının məlumatına görə, qadın güləşçilərimizdən ikisi həlledici oyuna çıxıb.

 

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxıb.

 

Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Olli ilə bacarmayıb və ikinciliklə barışıb.

 

Bundan əvvəl 3-cü yer uğrunda mübarizədə belaruslu Zalina Sidakova üzərində qələbə qazanan Alena Kolesnik (57 kq) bürünc medal qazanıb.

 

Kişilər arasında yarışlarda iki sərbəst güləşçimiz finala vəsiqə qazanıb.  Giorgi Edişeraşvili (57 kq) finalda rusiyalı Zaur Uquyevlə, Hacı Əliyev isə (65 kq)  daha bir Rusiya təmsilçisi İlyas Bekbulatovla qarşılaşacaq.

 

***

 

20:42

 

Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 

Apasport.az saytının məlumatına görə, bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır.

 

Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.

 

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 azercell yasa azerbaycanim filateliya ve usaq resm sergisine destek olub
    ® "Azercell" “Yaşa Azərbaycanım” Filateliya və uşaq r...
  • bakida musiqi bayrami festivali kecirilir
    Bakıda Musiqi Bayramı festivalı keçirilir
bakida musiqi bayrami festivali kecirilir bakida musiqi bayrami festivali kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267