Bakıda “Böyük Dəbilqə” turniri start götürüb

bakida boyuk debilqe turniri start goturub

Bu gün cüdo üzrə “Böyük Dəbilqə” turnirinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev çıxış ediblər.

 

Onlar çıxışlarında vurğulayıblar ki, belə mötəbər yarışların Azərbaycanda təşkili ölkədə idmanın inkişafını yüksək səviyyədə olmağının sübutdu. İsmayılov cüdonun Azərbaycanda ən populyar idman növlərindən biri olduğunu deyib. O, fikirlərini idmançılarımızın uğurları ilə əlaqələndirib.

 

Yarışın təşkili üçün Azərbaycan prezidenti İlham Əliyev və ACF-nın rəhbəri Rövnəq Abdullayevə minnətdarlığını bildirən İJF başçısı “Böyük Dəbilqə”nin ölkəmizdə ənənəvi keçirilməsinə şad olduğunu deyib: “Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm ki, onlar belə bir yarışın təşkilini öz üzərlərinə götürüblər. Mən növbəti bir neçə gündə də Bakıda olacam. Lazımı köməkliyi sizə etməyə hazıram”.

 

Rövnəq Abdullayev Azərbaycana gələn yığmaların rəhbərliyinə təşəkkürünü çatdırıb. O bildirib ki, bu turnir Azərbaycanda ənənəvi turnirə çevrilib və böyük bir cüdo bayramı kimi qəbul edilir: “Bu da gənclərin cüdo ilə məşğul olmasına, idmanın kütləviləşməsinə təkan verəcək”. Abdullayev ardınca yarışı açıq elan edib. Açılış bədii hissə ilə davam etdirilib.

 

Qeyd edək ki, “Böyük Dəbilqə”də ümumilikdə 31 ölkədən 183 (110 kişi, 73 qadın) cüdoçu mübarizə aparır. Bu gün start götürən yarışın ilk günündə 7 dəst medal sahibini tapacaq. Bir günlük fasilədən sonra martın 12-də davam etdiriləcək turnirdə daha 7 çəki üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan “Böyük Dəbilqə”də 50 idmançı ilə təmsil olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dunya birjalarinda neft bahalasib
    Dünya birjalarında neft bahalaşıb
  • sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir
    Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq...
sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir sabirabadda 10 kendi birlesdiren yolun tikintisi yekunlasmaq uzredir +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ