Bakıda keçiriləcək Qran-pri turnirinə gələcək ölkələrin sayı dəqiqləşdi

bakida kecirilecek qran pri turnirine gelecek olkelerin sayi deqiqlesdi

Dekabrın 9-10-da Bakıda taekvondo üzrə keçiriləcək Qran-prinin final mərhələsinə qatılacaq ölkələrin sayı açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Olimpiya çəkiləri üzrə dünya reytinqində ilk “16-lıq”da yer alan 128 taekvondoçu paytaxtımıza gələcək.

 

Onlar 47 ölkəni təmsil edəcəklər. Yarışı Ümumdünya Taekvondo Federasiyasının 45 hakimi idarə edəcək. Təmsilçilərimizdən Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov da onlar arasında olacaq.

 

Qeyd edək ki, G8 kateqoriyalı bu turnirdə qızıl medala sahib çıxan taekvondoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28.8 xal qazanacaq. Yarışın qaydalarına əsasən, ilk “üçlük”də yer alacaq idmançılara müvafiq olaraq, 6000, 3000 və 1000 ABŞ dolları məbləğində pul mükafatı da veriləcək.

 

Azərbaycan turnirə 7 idmançı ilə qatılacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • celilabadda magaza yanib
    Cəlilabadda mağaza yanıb
  • isvecrede mugam axsamlari kecirilib
    İsveçrədə muğam axşamları keçirilib
isvecrede mugam axsamlari kecirilib isvecrede mugam axsamlari kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ