Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar

bokscularimiz avropa birinciliyine qelebe ile baslayiblar

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Apasport.az Azərbaycan Boks Federasiyasının saytına istinadən məlumat verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

 

Belə ki, 56 kq çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Aleks Baki (Macarıstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. İsgəndərov rəqibini 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

 

Boksçumuz 1/8 finalda fransalı Bilel Qourari ilə döyüşəcək. Qarşılaşma aprelin 20-də olacaq.
 

75 kq çəki dərəcəsində gücünü yoxlayan Məhəmməd Yusifov da Avropa birinciliyinə qələbə ilə start verib. O, 1/16 finalda Vilmantas Siriusu (Litva) mübarizədən kənarlaşdırıb. Həmyerlimiz 3:0 (28:28, 28:28, 29:27, 29:27, 29:27) hesabı ilə qələbə qazanıb.

 

Yusifov 1/8 finalda Rafael Hovannisyanla (Ermənistan) qarşılaşacaq. Bu döyüş də sabah baş tutacaq.

 

Bu gün isə 3 boksçumuz mübarizəyə qoşulacaq. Nurlan Səfərov (60 kq) Stefan Kirkorovla (Bolqarıstan), Zaur Musayev (81 kq) Damyan Zavieruşinski (Polşa) ilə və İsmayıl Yaqubov (91 kq) Viktor Yurkla (Almaniya) üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267