Boksçularımız Ukraynada 4 medal qazandılar

bokscularimiz ukraynada 4 medal qazandilar

Bakı – APA. Ukraynanın Berdiçev şəhərində Kliçko qardaşlarının mükafatı uğrunda gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 12 idmançı ilə qatılan Azərbaycan yığma vətənə 4 medalla qayıdıb.

 

Yığmamızın heyətində ən yaxşı nəticəni Məhəmməd Abdullayev göstərib. +91 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə yerli boksçu Vyaçeslav Qavrilyuka qalib gələrək, çempion adına layiq görülüb.

 

Ondan fərqli, Ruslan Rüstəmov (52 kq), Malik Həsənov (56 kq) və Sərxan Əliyev (60 kq) bürünc medalla kifayətlənib.

 

Qeyd edək ki, turnirdə ümumilikdə 17 ölkənin 127 boksçusu mübarizə aparıb. Ukrayna 4 komanda ilə təmsil olunub.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ