“Böyük dəbilqə”: İdmançılarımız iki gümüş, bir bürünc medal qazanıb

Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

 

APA-nın “Apasport.az” saytına istinadən verdiyi məlumata görə, bu gün 90 kq çəki dərəcəsində Azərbaycan idmançısı Məmmədəli Mehdiyev ilk görüşünə 1/8 finalda çıxıb.

 

İranlı Vahid Nuri ilə qarşılaşan M. Mehdiyev rəqibinə şans verməyib. Onun 1/4 finaldakı rəqibi gürcüstanlı Uşanqi Marciani olub. M. Məmmədəli gürcünü də sıradan çıxarıb və yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı Əbdülhəqq Rəsullu ilə rəqib olan M. Mehdiyev qalib gələrək finala yüksəlib. Finalda M. Mehdiyevin rəqibi qazaxıstanlı İslam Bozbayev olub. Finala qədər iki azərbaycanlı cüdoçunu sıradan çıxaran Bozbayev Məmmədəliyə də qalib gələrək qızıl medal qazanıb. Beləliklə, M. Mehdiyev gümüş medalla kifayətlənməli olub.

 

İdmançımız Elxan Məmmədov 100 kq çəki dərəcəsində turnirə 1/4 finalla start verib. E. Məmmədov ilk olaraq estoniyalı Qriqori Minaşkinlə üz-üzə gəlib. Rəqibinə qlib gələn cüdoçumuzun final yolundakı rəqibi komanda yoldaşı Elmar Qasımov olub. Olimpiadanın gümüş medalçısına məğlub olan idmançımız “bürünc” uğrunda yarışıb. E. Məmmədovun üçüncülük uğurundakı rəqibi də komanda yoldaşı olub. Zelim Kotsoyevi məğlub edən E. Məmmədov komandamızın medal sayını artırıb.

 

Bu çəki dərəcəsində əsas medal ümidlərimizdən biri, Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov turnirə 1/4 finaldan başlayıb. O, ilk olaraq gürcüstanlı David Ozbetelaşvili ilə görüşüb. Rəqibinə şans verməyən E. Qasımov yarımfinala adlayıb. Bu mərhələdə komanda yoldaşı E. Məmmədova qalib gələn E. Qasımov finala çıxıb. "Qızıl" uğrunda E. Qasımovun rəqibi hollandiyalı Mişel Korrel olub.Həlledici görüşdə olduqca zəif təsir bağışlayan cüdoçumuz məğlub olaraq gümüş medalla kifayətlənib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ