FHN-in qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə noyabrın 24-25-də nazirliyin qurumları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

 

İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışda nazirliyin 13 qurumunun 80-ə yaxın idmançısı mübarizə aparıb.

 

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilmiş yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib.

 

Yarışda şəxsi birincilikdə qaliblər müəyyən olunub. 57 kq çəkidə Cabbar Əliyev (XRXX), 61 kq çəkidə Cəlal Süleymanov (XRXX),  65 kq çəkidə Namiq Sövdümzadə (İSK), 70 kq çəkidə Fariz Məmmədov (DYMX), 74 kq çəkidə Elmir Qəmbərov (XRXX), 86 kq çəkidə Sübhan İsmayılov (XRXX), 97 kq çəkidə Elman Qasımov (DYMX), 125 kq çəkidə isə Səbuhi Hümbətov (XRXX) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Komanda hesabında isə  1-ci yerə  Xüsusi Riskli Xilasetmə Xidmətinin, 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin, 3-cü yerə isə FHN Akademiyasının komandası layiq görülüb.

 

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulayıb, 6-cı dəfədir keçirilən sərbəst güləş üzrə çempionatın gələcək illərdə də davam etdiriləcəyini bildirib.

 

Sonda qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ