Hərbçilər arasında güləş üzrə dünya çempionatında daha bir idmançımız qızıl medal qazanıb

herbciler arasinda gules uzre dunya cempionatinda daha bir idmancimiz qizil medal qazanib

Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatında daha bir idmançımız qızıl medal qazanıb.

 

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən yarışlarda 77 kiloqram çəki dərəcəsində MOİK nümayəndəsi Həsən Əliyev final görüşündə rusiyalı Çingiz Labazanovla qarşılaşıb. Gərgin keçən görüşdə həmyerlimiz 5-2 hesabı ilə qalib gələrək dünya çempionu adına layiq görülüb.

 

Qeyd edək ki, H.Əliyev hərbçilər arasında keçirilən dünya çempionatlarında ikinci dəfə qızıl medal qazanır. Bundan əvvəl o, 2016-cı ildə Makedoniyada keçirilən dünya çempionatında birinci yerə çıxaraq fəxri kürsünün ən yüksək pilləsini tutub.

 

82 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda mübarizədə təmsilçimiz Rafiq Hüseynov almaniyalı R.Şvartzla qarşılaşaraq rəqibini 5-2 hesabı ilə məğlub edib və bürünc medala sahib olub.

 

87 kiloqram çəki dərəcəsində keçirilən qarşılaşmada həmyerlimiz İslam Abbasov bürünc medal uğrunda mübarizədə Almaniya idmançısı M.Remenspergerlə döşək üzərinə çıxıb. Bu qarşılaşmada da MOİK təmsilçisi 8-1 hesabı ilə qalib gələrək üçüncü yerə yüksəlib.

 

Beləliklə, hərbçilər arasında keçirilən çempionatda komandamız iki qızıl, üç gümüş və altı bürünc medal olmaqla ümumilikdə 11 medal qazanıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267