İJF prezidenti: “2018-ci ildə dünya çempionatını Bakıda təşkil etməyi planlaşdırırıq”

ijf prezidenti 2018 ci ilde dunya cempionatini bakida teskil etmeyi planlasdiririq

“Başda Rövnəq Abdullayev olmaqla, Azərbaycan Cüdo Federasiyasının belə böyük seminarı təşkil etməsindən qürur hissi duyuram. Bütün dünyadan təxminən 100 ölkə bu tədbirdə iştirak edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer jurnalistlərə açıqlamasında deyib.

 

Heydər Əliyev adına İdman Konsert Kompleksində cüdo hakimləri və məşqçiləri üçün seminara start verilib. Seminarda iştirak edən Vizer daha sonra keçirdiyi brifinqdə gələn il dünya çempionatının Bakıda baş tutacağını söyləyib.

 

O, cüdonun inkişafı üçün Azərbaycan tərəfinin əməyini xüsusi vurğulayıb: “Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadə və cəlbedici etmək üçün bu addımı atmışıq. Bunu daha dinamik idman növünə çevirmək istəyirik. Mən Azərbaycan dövlətinə, bizimlə birlikdə işlədiyi üçün SOCAR-a minnətdaram. Azərbaycanda və beynəlxalq cüdonun inkişafı üçün köməyinə görə, Rövnəq Abdullayevə şəxsən təşəkkür edirəm. Onu da əlavə edim ki, 2018-ci ildə dünya çempionatını Bakıda təşkil etməyi planlaşdırırıq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ