Qran-pri turnirinə yollanacaq cüdo yığmamızın heyəti açıqlanıb

qran pri turnirine yollanacaq cudo yigmamizin heyeti aciqlanib

Bakı – APA. Cüdo yığmamızın növbəti Olimpiya mərhələsi üçün ilk yarışı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamızın Rio-2016-dan sonra “siftə”si Qran-pri turnirinə təsadüf edəcək.

 

Millimizin baş məşqçisi Peter Zayzenbaher Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq yarışa əsas heyət üzvlərini aparmayacaq. Rio-2016-nın iştirakçılarına istirahət verən mütəxəssis Qran-pridə Murad Heydərli, Tofiq Məmmədov (hər iksi 60 kq), İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Vasif Şərbətli, Ziya Namazov (hər ikisi 90 kq) və Cəlil Şükürovu (100 kq) sınaqdan keçirəcək.

 

Yarışda 17 ölkədən 150 (90 kişi, 60 qadın) cüdoçunun iştirakı gözlənilir.

 

Qeyd edək ki, Qran-pri oktyabrın 6-8-də olacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan seudiyye erebistani qeter ve kuveyte sefer edecek
    Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək...
  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
masallida vaz asib surucu xesaret alib masallida vaz asib surucu xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ