Azərbaycan idmançısı Rusiyada keçirilən yarışda qalib gəlib

Rusiyada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Ximki şəhərində yerləşən arenada keçirilən döyüşdə rinqə çıxan azərbaycanlı idmançı, Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

 

Üç raundan ibarət görüşdə Qəbələ İdman klubunun üzvü Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.

 

Nəriman Abbasov APA-nın Moskva müxbirinə açıqlamasında döyüşün çox ağır keçdiyini bildirib: "Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım mənim bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. İlk öncə məşqçim, Şəhriyar Abbasova, komandamızın kapitanı Bəxtiyar Abbasova təşəkkürümü bildirmək istəyirəm".

 

N. Abbasov Qəbələ İdman Klubunun prezidenti Tale Heydərova onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:36 29 Aprel
09:56 29 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • telebeler arasinda futbol cempionatinin final turu kecirilib
    Tələbələr arasında futbol çempionatının final turu keçirilib...
  • cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib
    Cocuq Mərcanlıda iki zenit top mərmisi və raket tapılıb...
cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib cocuq mercanlida iki zenit top mermisi ve raket tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 30 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8495
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ