Rusiyada Azərbaycana qarşı təxribat törətmiş erməni idmançı cəzalandırılıb

rusiyada azerbaycana qarsi texribat toretmis ermeni idmanci cezalandirilib

Rusiyanın ən iri promouter şirkəti olan “Fight Nights GLOBAL” separatçı “DQR” bayrağını qaldıran erməni əsilli rusiyalı idmançı Vartan Asatryanla  müqaviləni ləğv edib.  APA-nın xəbərinə görə, bu barədə məlumat şirkətin saytında dərc edilib.

 

“Vartan Asatryana kontraktın ləğv olunması barədə rəsmi bildiriş göndərilib. Müqavilənin ləğvinə səbəb etik normaların pozulması olub. Belə ki, Asatryan geyimində siyasi məzmunlu simvolikadan istifadə edib. İdmançılarla imzalanan müqavilələrdə belə məsələlərlə bağlı bənd lər var. İdmançılar  həmin şərtlərə  mütləq şəkildə riayət etməlidirlər”, - deyə məlumatda bildirilir.  

 

“Fight Nights GLOBAL”ın prezidenti Kamil Hacıyev qərarı şərh edərkən qeyd edib ki, digər xalqların nümayəndələrinə hörmətsizlik göstərmək yolverilməzdir: “siyasi xarakter daşıyan və insanların hisslərini təhqir edən ifadələr və hərəkətlərə yol verən idmançılar cəzalanmalıdırlar. Bütün bu cür hallar ekspert komissiyası tərəfindən araşdırılacaq”.    

 

Qeyd edək ki, erməni əsilli rusiyalı idmançı Vartan Asatryan fevralın 23-də “FIGHT NIGHTS GLOBAL 59” turnirində azərbaycanlı idmançı Elnar İbrahimov üzərində qələbə qazandıqdan sonra səhnəyə separatçı “DQR” bayrağını qaldırıb. Bundan başqa, separatçı rejimin simvolikası onun geyimində də əks olunub.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • makedoniyada etirazcilar parlamente basqin ederek muxalifet liderini doyubler
    Makedoniyada etirazçılar parlamentə basqın edərək müxalifət ...
  • qebelede su festivali kecirilib
    Qəbələdə su festivalı keçirilib
qebelede su festivali kecirilib qebelede su festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ