AFFA qalmaqallı oyunla bağlı qərarını açıqlayıb

affa qalmaqalli oyunla bagli qerarini aciqlayib

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında bütün liqaların ötən turunda qeydə alınan neqativ hallar hüquqi qiymətini tapıb. Apasport.az saytının məlumatına görə, Region Liqanın qalmaqallı “Gənclik” – “Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib.

 

Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, “Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alan “Gənclik”in futbolçusu Amid Zeynalov 10 oyunluq cəzalandırılıb.

 

Eyni zamanda hakimi təhqir etdiklərinə görə meydandan qovulan ev sahiblərinin oyunçuları Elman İsgəndərov və Fərid Ağabəyli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

 

“Gənclik”ə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klub daha ağır cəza alacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267